“Credit Suisse” analitiklərinin hazırladığı hesabata əsasən, 2019-cu ildə milyarder adı qazananların yarıdan çoxu ABŞ ərazisində yaşayır.
Bankın ekspertləri bildirirlər ki, 2019-cu ildə 1 146 000 nəfər milyonçu olub. Onların ümumi sərvəti isə 46,8 mln dollar təşkil edib.
Son il ərzində ABŞ-da 675 min yeni milyonçu peyda olub ki, bu da bütün ölkələr arasında ən böyük göstəricidir.
Beləliklə, 2019-cu ildə ən çox yeni milyonçusu olan ölkələrin onluğunu təqdim edirik.
10. İsveçrə
2019-cu ildə milyonçuların sayı: 810 min
Yeni milyonçuların sayı: 19 min
9. Kanada
2019-cu ildə milyonçuların sayı: 1 322 000
Yeni milyonçuların sayı: 30 min
8. İspaniya
2019-cu ildə milyonçuların sayı: 979 min
Yeni milyonçuların sayı: 33 min
7. Hindistan
2019-cu ildə milyonçuların sayı: 759 min
Yeni milyonçuların sayı: 34 min
6. Braziliya
2019-cu ildə milyonçuların sayı: 259 min
Yeni milyonçuların sayı: 42 min
5. Niderland
2019-cu ildə milyonçuların sayı: 832 min
Yeni milyonçuların sayı: 43 min
4. Almaniya
2019-cu ildə milyonçuların sayı: 2 187 000
Yeni milyonçuların sayı: 65 min
3. Çin
2019-cu ildə milyonçuların sayı: 4 447 000
Yeni milyonçuların sayı: 158 min
2. Yaponiya
2019-cu ildə milyonçuların sayı: 3 025 000
Yeni milyonçuların sayı: 187 min
1. ABŞ
2019-cu ildə milyonçuların sayı: 18 614 000
Yeni milyonçuların sayı: 675 min