4bba4362-760c-4358-8160-4fe2e49da55f.jpg

Milyonlarla kişinin qəlbini fəth edən qadın: Monika Belluççi doğum gününü qeyd edir

Baxış sayı: 318 dəfə baxılıb.

Məşhur italiyalı aktrisa və model, milyonlarla kişinin qəlbini fəth edən
Monika Belluççinin 60 yaşı tamam olur.

Məlumata görə, “Malena” filminin baş qəhrəmanının hekayəsi Monika Belluççinin
özünün tərcümeyi-halına bənzəyir. Aktrisa kiçik Çita-di-Kastello şəhərində
kasıb ailədə anadan olub. Hüquqşünas olmaq istəyən Monika təhsil üçün pul
yığmaq məqsədilə ofisiant işləyib. Lakin şəhəri tərk etmək məcburiyyətində
qalıb.

Cixisyolu.com xatırladır ki, Monika Belluççi əvvəlcə Perucaya, sonra Milana gedib və
orada model olub. Parlaq görünüşü sayəsində tez bir zamanda uğur qazanıb.
“Valentino”, “Dolce and Gabana” və “Cartier” kimi moda evləri onunla müqavilə
bağlayıblar. Belluççinin yer aldığı reklam çarxları sensasiya yaradıb.

O, 1990-cı ildə kinoda debüt edib. Üstəlik, o, italyan, ingilis, fransız
dillərini mükəmməl bilir. Aktrisaya ilk kino mükafatlarını “Mənzil” melodramı
gətirib.

Elə orada, çəkiliş meydançasında Monika Belluççi gələcək həyat yoldaşı, aktyor
Vinsent Kassellə tanış olub. Sonra onlar bir çox filmlərdə birlikdə rol alıblar.

Eyni zamanda, yaşa dolduqca onun “füsunkar qadın” ampluası dəyişməyib.
Təxminən 40 yaşında Monika Belluççi “Asteriks və Obeliks” filmində Kleopatra
obrazını canlandırıb. “Matriks” kult trilogiyasında rol alır. 50 yaşında isə
ona Ceyms Bondun sevgilisini oynamaq təklif edilib. Halbuki aktrisa gəncliyində
heç fitneslə belə məşğul olmayıb.

60 yaşında olan Monika Belluççinin bütün dünyada milyonlarla pərəstişkarı var
və onu hələ də dünyanın ən gözəl qadını hesab edirlər.

Source link