d6e70186-cb1f-4350-b38e-d92f82d4db71..jpg

Milyonlarla mesaj Messini çətin duruma saldı – FOTO

Baxış sayı: 759 dəfə baxılıb.

Milyonlarla mesaj Messini çətin duruma saldı – FOTO

Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə futbol üzrə dünya
çempionatının qalibi olduqdan sonra sosial şəbəkədəki səhifəsi bloklanıb.

Bu barədə forvardın özü danışıb.

Onun sözlərinə görə, buna səbəb sosial şəbəkə hesabına gələn milyonlarla mesaj
olub.

“Elə mesajlar var idi ki, oxumağa çatdırmırdım. Digər idmançılar tərəfindən
belə tanınmaq çox xoşdur. Mən fotolara cavab verməyi və ya şərh yazmağı çox
sevmirəm, uzağı bəyənirəm”, – deyə Messi bildirib.

Xatırladaq ki, turnirin finalında argentinalılar Fransa millisinə qalib gəlib
(3:3, 4:2 – penaltilər seriyası). Beləliklə, Messi özünün ilk dünya
çempionluğunu qazanıb. Bu, onun karyerasında beşinci dünya çempionatı olub.

Source link