İspaniyanın İbiza adasında milyon funt sterlinq dəyərində saatı qarət edilən gənc tanınmış iş adamı Fərhad Əhmədovun oğlu deyilmiş.
Bu barədə xəbəri yayan Ölkə.Az saytı məlumat dərc edib.
Sayt sözügedən məlumatın yanlış olduğunu, həmin gəncin F.Əhmədovun oğlu olmadığını yazıb.
Xatırladaq ki, İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin milyon funt sterlinq dəyərində saatı oğurlanıb.
Qarətçi azərbaycanlıya bir neçə zərbə vurduqdan sonra onun “Richard Mille 50-03 McLaren F1” xronoqrafını zorla əlindən alıb.