2fd19407-6d6f-4385-9bab-0ef12092608f..jpg

Mina dərdi və Ermənistanın cəzasızlığı: Daha iki nəfər həlak oldu – ŞƏRH

Baxış sayı: 1. 031 dəfə baxılıb.

Mina dərdi və Ermənistanın cəzasızlığı: Daha iki nəfər həlak oldu – ŞƏRH

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistanın vaxtı ilə basdırdığı
minalar cinayət aləti kimi hələ də qalmaqda davam edir.

Beynəlxalq ictimaiyyət isə bu cinayət alətini aradan qaldırmaq üçün
cinayətkarın özünə cəza verməkdən yayınır.

Minaların mövcudluğu humanitar missiyaların həyata keçirilməsinə, məcburi
köçkünlərin dədə-baba torpaqlarına geri qayıtmalarına maneə yaradan amillərin
başında dayanır.

Ancaq nədənsə başqa zaman humanitar missiyaların məqsədlərini gözə soxanlar bu
məsələdə susqunluq nümayiş etdirirlər.

Bu susqunluq Ermənistanın cəzasız qalmasını stimullaşdırır. Ermənistan cəzasız
qaldıqca minaya düşərək ölənlərin sayı da artır.

Bildirək ki, mina partlayışı daha iki can alıb.

Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, Ağdam rayonunun Yusifcanlı
kəndi ərazisində 1999-cu il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü
Amid Həsənov mina partlayışı nəticəsində həlak olublar.

Onların ölüm faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Qeyd edək ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları
dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları
minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla
ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.

Bildirək ki, Ermənistan 10 Noyabr Bəyanatından sonra bir neçə dəfə mina
xəritələrini Azərbaycana verib. Lakin onların dəqiqliyi 25 faizdir.

İşğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmə miqyası
humanitar minatəmizləmə əməliyyatları zamanı çətinliklər də yaradır.

Azərbaycan minalarla çirklənmiş əraziləri təmizləmək üçün imkanlarını
gücləndirir.

Burada tərəfdaşlıqların rolu, minatəmizləmə fəaliyyəti istiqamətində
beynəlxalq resursların cəlb olunmasının önəmi prioritetdir.

Aqil Vəlili

Source link