9688a38d-cf24-4dbf-b8e0-89ebf7566b72..jpg

Minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib – VİDEO

Baxış sayı: 920 dəfə baxılıb.

Minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun
olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri
keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş
hədəfləri minaatanlardan yüksək dəqiqliklə məhv ediblər.

Qabaqcıl döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşğələlərdə qarşıya
qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.


Source link