e5b8a257-0cf1-4310-88eb-cf62a62708a2.jpg

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür

Baxış sayı: 247 dəfə baxılıb.

Bu gün – oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan
silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.

Cixisyolu.com-ın xəbərinə görə, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan
qəsəbənin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.

2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı,
Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri
Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand,
Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və
Zərgər kəndləri işğalçılardan azad edilib.

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci
illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn
ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni
məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə
alınıb.

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq
bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra
ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını
məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir
hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu.

Source link