Mineral gübrələrin satışı qaydaları dəyişib

Mineral gübrələrin satışı qaydaları dəyişib

Baxış sayı: 2. 332 dəfə baxılıb.

Nazirlər Kabineti “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nda dəyişiklik edib.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, Qaydalara əsasən indiyə qədər “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 100 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 10 manat məbləğində müəyyən edilib.

Dəyişikliyə əsasən müvafiq olaraq gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 150 manata, pestisidlərin Satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 50 manata qaldırılıb.

www.ÇıxışYolu.Com