f8f79a5e-7c43-423d-91d6-b6fe9de2059e..jpg

“Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri ikinci gündə 12 medal qazanıblar

Baxış sayı: 560 dəfə baxılıb.

“Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri ikinci gündə 12 medal
qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının
birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə
“Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan
idmançıları 12 medal qazanıblar.

Səkkiz ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda avarçəkənlərimiz
üç qızıl, dörd gümüş, beş bürünc medala yiyələniblər.

Bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü
idmançıların mübarizəsində Sənan Məmmədov ikinci, Cavid Vəlizadə üçüncü yeri
tutub.

Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü
idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq
çempionluq sevinci yaşayıb. O, ötən gün 1000 metr məsafəyə yarışda da fərxi
kürsünün ən yüksək pilləsinə qalxmışdı.

İki nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il
təvəllüdlü oğlanların yarışında Fuad Məmmədov – Fikrət Həsənov cütlüyü ikinci
olub.

İki nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü
idmançılar arasında iki cütlüyümüz mükafatçılar sırasında yer alıb. Qiyas
Əhmədov – Riad İsmayılzadə cütlüyü finişə birinci çatıb. Sübhan Həsənov – Rəşad
Dadaşov dueti isə bürünc medala yiyələnib.

İki nəfərlik akademik avarçəkmə qayığında 1000 metr məsafəyə 2009-2010-cu il
təvəllüdlü oğlanların yarışında Nurəddin Əliyev – Məhəmməd Abdullayev tandemi
üçüncü yerin sahibi olub.

Bir nəfərlik kanoe qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü
oğlanların çıxışında Sənan Məmmədov “gümüş” əldə edib.

Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü
idmançılardan Əlimurad Hacızadə finişə üçüncü çatıb.

İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü
idmançılar arasında isə hər üç medala Azərbaycan idmançıları yiyələniblər.

Qiyas Əhmədov – Riad İsmayılzadə tandemi çempion olub. Bu, onların gün ərzində
ikinci “qızıl”ı olub. Sübhan Həsənovla Rəşad Dadaşovun təşkil etdiyi cütlük
gümüş, Emil Zeynalov – Rüfət Həsənzadə cütlüyü isə bürünc medal qazanıb.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də
yekun vurulacaq. İlk gündə avarçəkənlərimiz iki qızıl, bir gümüş və bir bürünc
medal əldə ediblər.

Source link