“Mingəçevir Reqatası-2023”: Azərbaycan idmançıları ilk gündə 4 medal
qazanıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mingəçevir Reqatası-2023”ün ilk günündə dörd medal Gənclər və İdman
Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı
ilə təşkil edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir
Reqatası-2023” beynəlxalq turnurində birinci gün geridə qalıb.
Cixisyolu.com xəbər verir ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışın
ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə
ediblər.
1 nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü
idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq
çempionluq sevinci yaşayıb.
2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü
idmançılar arasında isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark
Nikulov-İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev-Şahin İsayev
dueti isə üçüncü yerə layiq görülüb.
1 nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il
təvəllüdlü oğlanların yarışında Cahangir Məmmədli ikinci yer tutub. Qeyd edək
ki, “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun
vurulacaq. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaq.