a2f619a4-9d57-4c43-a39f-1518974149df..jpg

“Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb – FOTO

Baxış sayı: 374 dəfə baxılıb.

“Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının
(AKAF) birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe
üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin mükafatlandırma mərasimi
keçirilib.

“Report”un məlumatına görə, yarışın qalibləri fəxri kürsüyə çıxıblar.

Onlara medalları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər İcra
Hakimiyyətinin başçısı İlham İsmayılov, AKAF prezidenti Vüqar Əhmədov, Türkiyə
Kanoe Federasiyasının prezidenti Alper Cavit Kabakçı, Türkiyə Avarçəkmə
Federasiyasının prezidenti Erhan Ertürk, AKAF-ın baş katibi Fərhad Əliyev və
digər rəsmi şəxslər təqdim ediblər.

Qeyd edək ki, oktyabrın 25-də startı verilən “Mingəçevir Reqatası-2023”
beynəlxalq turniri Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

Source link