3f8eb2bf-6622-4ed6-8243-e7371af4329b.jpg

“Mingəçevir Reqatası-2024”: Azərbaycan avarçəkənləri ilk gündə yeddi medal qazanıblar

Baxış sayı: 46 dəfə baxılıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının
birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2024” beynəlxalq
turnirində ilk günün yarışları davam edir.

Cixisyolu.com xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan
reqatanın ilk günündə komandamız yeddi medal qazanıb.

Cavid Vəlizadə birnəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü
idmançıların 1000 metr məsafədə mübarizəsində üçüncü yer tutub.

Daha öncə Amil Ramazanov finiş xəttinə hamıdan tez çatıb. O, 2006-2007
təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə
gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov – Elvin Əliyev cütlüyü bürünc
mükafat əldə edib.

2006-2007 təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə üzrə
mübarizədə Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev
bürünc medal qazanıb.

Qeyd edək ki, “Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də
başa çatacaq.

12:46

Azərbaycan təmsilçisi Amil Ramazanov “Mingəçevir reqatası-2024″də qızıl medal
qazanıb.

Cixisyolu.com xəbər verir ki, o, 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 500
metr məsafəyə akademik avarçəkmə növündə birinci olub.

Ramazanov məsafəni 2 dəqiqə, 4.88 saniyəyə qət edib.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə
gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov – Elvin Əliyev cütü bürünc
mükafat əldə edib.

10:08

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir
reqatası-2024″ə start veriləcək.

Cixisyolu.com xəbər verir ki, turnir Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman
Mərkəzində başlayacaq.

Yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq. Füzuli şəhərinin
işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı
Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman
Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Anar Həsənov

Source link