682ae8d9-3a64-4557-a5c1-40dc74a723fe.jpg

“Mingəçevir Reqatası-2024”: Azərbaycanlı avarçəkənlər ilk günü doqquz medalla başa vurublar

Baxış sayı: 55 dəfə baxılıb.

Azərbaycan təmsilçiləri “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində ilk
günü 9 medalla tamamlayıblar.

Cixisyolu.com xəbər verir ki, son olaraq Məhəmməd Həsənov bürünc, Əlimurad Hacızadə
isə gümüş medal qazanıblar.

Həsənov 2010-2011-ci il təvəllüdlü idmançıların 1 000 metr məsafəyə akademik
avarçəkmə yarışında üçüncü, Hacızadə isə 2008-2009-cu il təvəllüdlülər arasında
1 000 metr məsafəyə kayak yarışında ikinci yeri tutub.

Qeyd edək ki, təmsilçilərimiz daha əvvəl 7 medal əldə ediblər. Reqata
oktyabrın 18-də başa çatacaq.

15:31

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının
birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2024” beynəlxalq
turnirində ilk günün yarışları davam edir.

Cixisyolu.com xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan
reqatanın ilk günündə komandamız yeddi medal qazanıb.

Cavid Vəlizadə birnəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü
idmançıların 1000 metr məsafədə mübarizəsində üçüncü yer tutub.

Daha öncə Amil Ramazanov finiş xəttinə hamıdan tez çatıb. O, 2006-2007
təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə
gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov – Elvin Əliyev cütlüyü bürünc
mükafat əldə edib.

2006-2007 təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə üzrə
mübarizədə Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev
bürünc medal qazanıb.

Qeyd edək ki, “Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də
başa çatacaq.

12:46

Azərbaycan təmsilçisi Amil Ramazanov “Mingəçevir reqatası-2024″də qızıl medal
qazanıb.

Cixisyolu.com xəbər verir ki, o, 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 500
metr məsafəyə akademik avarçəkmə növündə birinci olub.

Ramazanov məsafəni 2 dəqiqə, 4.88 saniyəyə qət edib.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə
gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov – Elvin Əliyev cütü bürünc
mükafat əldə edib.

10:08

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir
reqatası-2024″ə start veriləcək.

Cixisyolu.com xəbər verir ki, turnir Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman
Mərkəzində başlayacaq.

Yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq. Füzuli şəhərinin
işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı
Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman
Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Anar Həsənov

Source link