Avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq
turnirinin bağlanış mərasimi keçirilib.
Cixisyolu.com xəbər verir ki, ilk olaraq yarışın sonuncu günündə medal qazanmış
idmançılar mükafatlandırılıblar.
Azərbaycan 24 medalla ən çox mükafat əldə edən komanda olub. Yığma üzvlərinə
kayak-kanoe və akademik avarçəkmə üzrə xüsusi mükafat verilib.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri turniri 24 medalla başa vurublar.
Yarışda 12 ölkədən 100-dək avarçəkən iştirak edib.
14:20
Azərbaycan təmsilçiləri avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir
reqatası-2024” beynəlxalq turnirində daha 13 medal qazanıblar, yarışı 24
medalla başa vurublar.
Cixisyolu.com xəbər verir ki, Azər İlyasov-Tunar Məmmədzadə cütü 2008-2009 təvəllüdlü
idmançıların mübarizəsində qızıl medal əldə ediblər.
Onlar akademik avarçəkmədə 1500 məsafəyə yarışda fərqləniblər.
Amil Ramazanov (2006-2007) kayakda 1000 metr məsafəyə yürüşdə gümüş mükafat
əldə edib.
2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov-Emil Zeynalov cütü
gümüş, Qiyas Əhmədov-Sübhan Həsənov cütü isə bürünc medala yiyələniblər.
Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev – Cahangir Məmmədli, Sabit
Abdullayev – Fikrət Həsənov, Məhəmməd Niftullayev – Neymət Həsənov cütləri
müvafiq olaraq ilk üç yeri tutublar.
200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov-Sübhan Həsənov
cütü qızıl, İvan Vorobianski-Hüseyn Həsənov və Vacib Babayev-Şahin İsayev cütü
gümüş medallar qazanıblar.
Son olaraq İbrahim Məmmədzadə-Elmir Tarverdiyev cütü (2010-2011) kayakda
üçüncü olublar.
1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov-Raul
Şamilov gümüş, Yusif Əliyev – Ruslan Fərəcov bürünc mükafat qazanıblar.
Qeyd edək ki, daha əvvəl idmançılarımız reqatada 11 mükafat əldə ediblər.
Anar Həsənov