2c308d89-548f-4c55-8d1b-5d259b62621f..jpg

Mingəçevir Sənaye Parkında doqquz ayda 54 milyon manatlıq məhsul istehsal edilib – FOTO

Baxış sayı: 413 dəfə baxılıb.

Mingəçevir Sənaye Parkında doqquz ayda 54 milyon manatlıq məhsul istehsal
edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin yanvar-sentyabr aylarında tekstil sahəsində ixtisaslaşmış Mingəçevir
Sənaye Parkında 54 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin
eyni dövrü ilə müqayisədə 18% çoxdur”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında
bildirib.

Onun sözlərinə görə, indiyə qədər Mingəçevir Sənaye Parkına 159 milyon
manatlıq investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb, 268 milyon
manatlıq məhsul istehsal olunub və bunun 86%-i ixrac edilib.

Tekstil sahəsində ixtisaslaşmış Mingəçevir #SənayeParkı

-nda 2023-cü ilin 9 ayı ərzində 54 milyon ₼-lıq məhsul istehsal edilib və bu,
ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur. Sənaye Parkına indiyədək 159
milyon ₼#investisiya

yatırılıb, 500-dən çox daimi iş yeri…pic.twitter.com/7hUz2LXiV9

— Mikayil Jabbarov (@MikayilJabbarov) November 3, 2023

Source link