Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarında (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.
ÇıxışYolu.Com FHN-ə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1996-cı il təvəllüdlü Məmmədov Tofiq Rafiq oğlunun meyitini sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.
Əməliyyat başa çatmışdır.