Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirildi
Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Cixisyolu.com-a
verilən məlumata görə, sentyabrın 29-u saat 20 radələrində 1991-ci il
təvəllüdlü Mingəçevir şəhər sakini Sönməzbəy Nəriman oğlu Məmmədovun
kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi
barədə polisə məlumat daxil olub.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.