68eb8ca1-b3cb-4ccb-895c-f9ad902fce9d..jpg

Mingəçevirdə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Baxış sayı: 3. 560 dəfə baxılıb.

Mingəçevirdə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, üç
nəfər yaralanıb.

Bu barədə Cixisyolu.com-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat
verilib.

Bildirilib ki, yanvarın 13-ü axşam saat 18 radələrində Mingəçevir şəhərinin
Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə
etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə
də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən
xəsarətləri alıblar.

Sonradan “QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il
təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Source link