Mingəçevirdə iki dostun etdiyi zarafat qətllə nəticələndı: Cinayət işi
başlanıldı – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il
təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli
Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil
Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu
xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci
(ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq
aparılır.
10:20
Mingəçevirdə baş verən qətlin təfərrüatı məlum olub.
Belə ki, hadisə şəhərin Günəşli Bağlar yaşayış massivində qeydə alınıb.
Mərhumun qohumunun sözlərinə görə, dostların etdikləri zarafat qətllə
nəticələnib.
“Cinayəti edən öz dostudur, İçində güllə olduğunu bilməyiblər”.
Qeyd edək ki, ötən gün saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü
Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə
məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən
Sadiq Yusifov saxlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
00:16
Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional
qrupu məlumat yayıb.
Məlumata görə, saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil
Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat
daxil olub.
A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov
saxlanılıb.
Araşdırma aparılır.