Mingəçevirdə kafedə ucadan danışmaq üstündə qan töküldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mingəçevirdə kafedə bıçaqlanma hadisəsi olub.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhərində yerləşən kafelərin
birində aralarında yaranan mübahisə zamanı 26 yaşlı Toğrul İsmayılov 1982-ci il
təvəllüdlü Nofəl Həbibova bıçaqla xəsarət yetirib.
Qeyd edək ki, T.İsmayılov həmin kafedə işləyib. O, obyektə qonaq qismində
gələn şəxslərin ucadan danışmasına irad tutub. Bu zaman T.İsmayılov və
N.Həbibov arasında mübahisə düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Cixisyolu.com-ın
sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən
T.İsmayılov saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və hazırda araşdırma aparılır.
Samir İsayev