c2a39f11-1317-4e78-b908-0cfbc7f0ec43..jpg

Mingəçevirdə narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldılar

Baxış sayı: 721 dəfə baxılıb.

Mingəçevirdə narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldılar

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar
nəticəsində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan
ümumilikdə 9 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Cixisyolu.com-a
verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə
Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatları
əsasında keçirilən tədbirlər zamanı – Elnur Muxtarov, Səlim Səfərov, Bəxtiyar
Kərimov, Zaur Şirinov, Sahil Yusifov, Zaur Rzayev, Elşən Mustafayev, Rəşvin
Yusifov və Kamal İbrahimov saxlanılıblar.

Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif növ
narkotik vasitələr – heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Şəhər ərazisində
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək
məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən
əməliyyatlar davam etdirilir.

Source link