Mingəçevirdə odlu silahlar aşkar edilərək götürülüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbiri zamanı şəhər
ərazisindən iki ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.