Mingəçevirdə qanunsuz odlu silah saxlayanlar aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena
qaydalarının pozulması hallarının qarşısının alınması və qanunsuz saxlanılan
odlu silahların aşkar edilərək götürülməsi istiqamətində profilaktiki tədbirlər
keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan
verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində sənaye və
məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar
Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və
yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi)
maddəsinin tələblərini pozduğu üçün obyekt sahibi barəsində protokol tərtib
olunub.
Şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər tədbirlər
nəticəsində isə şəhər sakinlərindən qanunsuz olaraq saxladıqları iki ov tüfəngi
aşkar edilərək götürülüb.