5e099063-e452-436c-9f2f-908cc1a047e1..jpg

Mingəçevirdə qanunsuz odlu silah-sursat gəzdirən və narkokuryerlik edən şəxslər saxlanılıblar – FOTO/VİDEO

Baxış sayı: 375 dəfə baxılıb.

Mingəçevirdə qanunsuz odlu silah-sursat gəzdirən və narkokuryerlik edən
şəxslər saxlanılıblar – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Fuad Məmmədov
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron
aşkarlanıb. F.Məmmədov odlu silahı bir müddət əvvəl tapdığını bildirib.

Digər əməliyyat zamanı xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb
edilən Sabirabad rayon sakini Hacı Cəfərov saxlanılıb. Ondan 1 kiloqram 250
qram heroin və 800 qram qurudulmuş marixuana aşkar edilib. H.Cəfərovun əcnəbi
narkotacirin təklifi əsasında Mingəçevir şəhərinə gələrək burada gizlədilən
narkotik vasitələri pul qarşılığında Sabirabada aparmağa razılaşdığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Source link