Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində
qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan dörd nəfərin
müalicəsi davam etdirilir:
“Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır”.
Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq
gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin
sporadik yayılma halları qeydə alınıb:
Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə
ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız
12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.