Mingəçevirdə sakinlər binanin zirzəmisinə dolan çirkab sulardan
şikayətçidirlər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sakinlər üfunət, həşəratların əlindən bloklara girib-çıxmağın mümkün
olmadığını deyirlər.
Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə Təbriz küçəsi 3 ünvanında
yerləşən beşmərtəbəli binanın zirzəmisi çirkab suların içindədir.
Binada yaşayanlar bildirirlər ki, aidiyyəti quruma vaxtında ödəniş etsələr də,
keyfiyyətli xidmət görmürlər.
Beşmərtəbəli bina 40 mənzildən ibarətdir. Göz önündə olan problemlə bağlı
aidiyyəti qurumlar dəfələrlə məlumatlandırılsa da, illərdir vəziyyət dəyişməz
olaraq qalır.
Mingəçevir Sukanal İdarəsinin rəisi Samir Əliyevin sözlərinə görə, həmin
ərazidə dövlət proqramına əsasən su və kanalizasiya xətlərinin yenidən
qurulması işləri aparılır.
Su xətlərinin işləri tamamlanıb. Kanalizasiya xətlərində isə işlər başa
çatmayıb. Buna baxmayaraq, sözügedən ünvana baxış keçiriləcək və sakinlərin
probleminin həlli üçün addımlar atılacaq.
Ətraflı süjetdə: