Mingəçevirdə silah-sursat aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının son iki gün ərzində keçirdiyi
əməliyyatlar zamanı şəhər ərazisindən iki ədəd qumbara, 90 ədəd avtomat patronu
və dörd ov tüfəngi aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə
şəhər sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.