d56556d1-8cee-42ab-abbb-3f6985c898fb..jpg

Mingəçevirdə tanışlar arasında dava: Yaralanan var

Baxış sayı: 276 dəfə baxılıb.

Mingəçevirdə tanışlar arasında dava: Yaralanan var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində tanışlar arasında baş verən dava qanla bitib.

Cixisyolu.com xəbər verir ki, hadisə şəhər sakini Qurban İsmayılovun evində qeydə
alınıb.

Belə ki, mübahisə zamanı 35 yaşlı Yaməddin Rüstəmov 27 yaşlı Qurban İsmayılova
bıçaqla xəsarət yetirib. Q.İsmayılov isə Y.Rüstəmovu döyərək ona müxtəlif bədən
xəsarətləri yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
bildirilib ki, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb və araşdırma
aparılır.

Source link