Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas edilib.
Cixisyolu.com xəbər verir ki, 2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının
Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
İlkin müayinələr baş tutub və onun udduğu səkkiz ədəd xırda maqnit muncuğunun
nazik bağırsağında olduğu dəqiqləşdirilib.
Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin
hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından
yad cisimlər uğurla çıxarılıb.
Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən
azyaşlının vəziyyəti qənaətbəxşdir.