Mingəçevir şəhərindəki “Azneftmaş” ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.
ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları – 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.