22495bff-d005-47d9-8e48-4830d6efeebc..jpg

Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib – FOTO

Baxış sayı: 983 dəfə baxılıb.

Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib – FOTO

Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbir Mingəçevir şəhəri Heydər Əliyev mərkəzində baş
tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin sədr müavini,
millət vəkili Əli Hüseynli, Gənclər Fondunun rəhbəri Fərid Cəfərov, Azərbaycan
Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev və digər
rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan
tədbirdə ilk söz Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynliyə verilib.

Millət vəkili öz çıxışında Gənclər Gününün önəmindən bəhs edərək bildirib ki,
məhz Heydər Əliyev ilində Mingəçevirin Gənclər Paytaxtı seçilməsi xüsusi
hadisədir. O, gənclərin dövlət idarəçiliyindəki önəmli rolundan,
müstəqilliyimizin qorunmasındakı xüsusi xidmətlərindən bəhs edib.

Gənclər və idman naziri Fərid Qayıbov da çıxışında Gənclər Gününün tarixindən
bəhs edib və bildirib ki, həm MDB məkanında, həm də BMT-də ilk dəfə bu günün
təsis edilməsi Azərbaycanda olub. O, ölkə başçısı, Prezident İlham Əliyevin
gənclərə olan qayğısından bəhs edərək vurğulayıb ki, ilk dəfə gənclər günü
paytaxtdan kənarda, Mingəçevirdə keçirilib. Nazir qeyd edib ki, Mingəçevirin
Gənclər Paytaxtı seçilməsi münasibəti ilə il ərzində həm bu şəhərdə, həm də
digər regionlarda gənclərlə bağlı silsilə tədbirlər həyata keçiriləcək.

Gənclər Fondunun prezidenti Fərid Cəfərov da çıxışında Gənclər Paytaxtı
seçilən Mingəçevirin ölkənin ictimai-siyasi həyatındakı önəmindən bəhs edib. O,
vurğulayıb ki, Mingəçevir gəncləri hər zaman olduğu kimi, bu il ərzində də
aktivlik göstərəcəklər.

2022-ci ildəki uğurlu fəaliyyətə görə Binəqədi, Xəzər və Gəncə Gənclər evləri
xüsusi mükafata layiq görülüblər.

Daha sonra təhsil, mədəniyyət, ədəbiyyat, İKT, tibb və digər sahələrdə
fərqlənən gənclərə mükafatlar təqdim olunub. Gənclərin mükafatlarını gənclər və
idman naziri Fərid Qayıbov, Gənclər Fondunun rəhbəri Fərid Cəfərov, Milli
Məclisin sədr müavini Əli Hüseynli təqdim ediblər.

Gənclər Paytaxtının rəmzi açarı Tovuzdan alınaraq Mingəçevirə verilib.

Sonda Mingəçevirin 2023-cü ilin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə
şəhərin loqosu təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Source link