8617a0cc-2af2-4fec-8070-9590ce509a1f..jpg

Minifutbol millimizin baş məşqçisi: “Futbolçular tapşırıqları ideal şəkildə yerinə yetirdilər”

Baxış sayı: 520 dəfə baxılıb.

Minifutbol millimizin baş məşqçisi: “Futbolçular tapşırıqları ideal şəkildə
yerinə yetirdilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Futbolçular verilən tapşırıqları tam ideal şəkildə yerinə yetirdilər. Onlara
təşəkkür edirəm”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş
məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində
təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə
məğlub etdikləri oyun barədə danışarkən deyib.

Mütəxəssis rəqibin Serbiya kimi güclü kollektivi qrupda saxladığını xatırladıb:

“Onları məhz bu komandaya qarşı oyunlarına baxıb təhlil etmişdik. Bilirdik ki,
çox yüksək texnikaya malik oyunçuları var və əks-hücumda təhlükəlidirlər. Məhz
buna uyğun da plan qurmuşduq.

Portuqaliya kimi komanda üzərində inamlı qələbə qazandıq. Bütün xalqımızı
təbrik edirəm. Bizi dəstəkləməyə davam etsinlər. Onların etimadını doğrultmaq
üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Quliyev 1/4 finaldakı şanslarından da söz açıb: “Bolqarıstan yığması da güclü
rəqibdir. Artıq bu görüşdən sonra final və çempionluq haqqında düşünmək olar”.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan görüşü bu gün, Bakı vaxtı ilə saat
21:00-da başlayacaq.

Source link