Minifutbol millimizin baş məşqçisi müəyyənləşdi – FOTO

Minifutbol millimizin baş məşqçisi müəyyənləşdi – FOTO

Baxış sayı: 2. 405 dəfə baxılıb.

Azərbaycan Minifutbol Federasiyası (AMF) “Azfar Group”un təşkilatçılığı, “Bakcell”in baş sponsorluğu ilə Alfa Liqa adlı yeni layihəsinə rəsmən start verib.

ÇıxışYolu.Com xəbər verir ki, dünən Şam Bulvar restoranında minifutbol üzrə Alfa Liqanın püşkatma mərasimi baş tutub.

Tədbir açıq elan edildikdən sonra söz AMF-nin baş katibi Azər Hüseynova verilib. Federasiya rəsmisi çıxışında minifutbol üzrə yığma komandamızın baş məşqçininin adını açıqlayıb. Məlum olub ki, yığmamızı PRO kateqoriyalı mütəxəssis, vaxtı ilə “Rəvan” və “İnter” kimi klublarda çalışmış, hazırda futzal üzrə Yüksək Liqada II pillədə qərarlaşmış “Marafon” komandasının sükanı arxasında olan Elşad Quliyev çalışdıracaq.

Minifutbol millimizin baş məşqçisi müəyyənləşdi – FOTOVideorolikin nümayişi ilə paralel Alfa Liqanın formatı və qalibə veriləcək kubok haqqında danışan Hüseynov çempion olacaq komandanın ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəyindən də bəhs edib. Həmçinin bəlli olub ki, AMF Avropa Minifutbol Federasiyasından sonra yenicə Dünya Minifutbol Federasiyasının da üzvünə çevrilib.

Daha sonra çempionatın püşkatmasına start verilib. Bunun üçün baş sponsor olan “Bakcell”in nümayəndəsi Elnur Səfərov, “Azfar Group”dan Mahir Cəbiyev, “Zirə” futbol klubunun prezidenti Natiq İsmayılov və Elşad Quliyev səhnəyə dəvət olunub.

Minifutbol millimizin baş məşqçisi müəyyənləşdi – FOTO

Beləliklə, 32 komandanın iştirakı ilə keçiriləcək Alfa Liqada qrupların tərkibi belə olub:  

A qrupu – İOSC, Rezident, Pepsi, Baktelekom

B qrupu – İCE, Sirab, Turin, Carclub

C qrupu – Eminspor, Avengers, Azersun, TOTA

D qrupu – Mr. Fix, KATV, Sky Travel, Zirə

E qrupu – Uğur, Vur Komandir, Archico, Galaxy

F qrupu – LSS, Sirena Motors, Kapitanlar, Bayern Bakı

G qrupu – Timsport, Universal, Peçat Dönər, Azfar Group

H qrupu – Borçalı, Maştağa, Bərdə Aristokrat, STP

Qeyd edək ki, Alfa Liqa mayın 19-da start götürəcək. Qrupda ilk iki yeri tutmuş komandalar 1/8 finala vəsiqə qazanacaq.

Minifutbol millimizin baş məşqçisi müəyyənləşdi – FOTO

Yeri gəlmişkən, minifutbol üzrə millinin baş məşqçisi Elşad Quliyev tədbirdən sonra fikirlərini bildirib:

“Belə bir təklif federasiyanın baş katibi Azər müəllim tərəfindən gəldi. Oturub fikirləşdik və işləməyə qərar verdik. Özüm hazırda futzalda işlədiyimdən, mənim üçün bu postda çalışmaq o qədər də çətin olmayacaq. Çünki futzalla minifutbol arasında oxşarlıqlar var. Komandaya iki məşqçi, inzibatçı, həkim və massajist cəlb olunacaq. Ancaq köməkçilərim “Marafon”dan olmayacaq. Çünki onlar mənim yoxluğumda “Marafon”a kömək edəcəklər. Ola bilsin ki, milliyə digər nümayəndələri “Marafon”dan cəlb edim”.

Minifutbol millimizin baş məşqçisi müəyyənləşdi – FOTO

Quliyev onu da bildirib ki, milliyə, Alfa Liqadan, futzaldan və böyük futboldan oyunçular çağırılacaq:

“Bu ayın 15-dən 30-dək seleksiya xarakterli toplanış keçirəcəyik. Ora 60-70-ə yaxın futbolçu çağırılacaq. Bunların arasında böyük futbolla erkən vidalaşmış oyunçular da olacaq. Həftədə iki-üç dəfə məşq keçəcəyik”.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com