dc1999b7-d5f4-4f1d-ade9-da6acf606fee..jpg

Minifutbol üzrə Avropa Kuboku: “Zəngəzur” Çexiya klubu ilə heç-heçə edib – YENİLƏNİB

Baxış sayı: 492 dəfə baxılıb.

Minifutbol üzrə Avropa Kuboku: “Zəngəzur” Çexiya klubu ilə heç-heçə edib –
YENİLƏNİB

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda
növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi yer aldığı A qrupunda üçüncü
matçına çıxıb.

Rəqib Çexiya “Veşka Olomuç”u olub. Qarşılaşmada hesabı çexiyalılar açsalar da,
Azərbaycan komandası bərabərlik qolunu vura bilib. Nəticədə oyun 1:1 hesabı ilə
yekunlaşıb.

Qeyd edək ki, “Zəngəzur” qrupun ilk iki turunda Bolqarıstan təmsilçisi
“Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib, Yunanıstan klubu TMT ilə 3:3
hesablı heç-heçə edib.

12:38

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda
ikinci oyununu keçirib.

Cixisyolu.com xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstanın
TMT klubu ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 3:3.

Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna
qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da
başlayacaq.

Qeyd edək ki, “Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi
“Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.

Source link