Minimum əməkhaqqı nə qədər arta bilər? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılıb”.
Cixisyolu.com-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında
bildirib.
O vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum
əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək
təqdim edəcəyi gözlənilir.
“Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345
manat olub. Yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə
qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq
əməkhaqqındakı artım faizi.
2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım faizi
11,3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də
nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulyativ
baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023-cü
və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum
əməkhaqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki
rəqəmli artımdan gedir.
Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli
olacaq. Bununla belə, minimum əməkhaqqındakı artımın 700 mindən çox
vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini
təsəvvür etmək çətin olmaz”, – deyə deputat qeyd edib.