5c0658f3-953c-4c05-b084-789b8d4ad6b3.jpg

Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb

Baxış sayı: 228 dəfə baxılıb.

“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə
minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək”.

“Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı
20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.

Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial
ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması
istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi
müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi
vurğulanıb.

Source link