“Minsk 2019” II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.
Bu barədə ÇıxışYolu.Com-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşına gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Onun sözlərinə görə, bugünkü tədbirdə iştirakçı ölkələrin keçidi zamanı bayrağı karateçi Asiman Qurbanlı daşıyacaq.
Qurbanlı ötən gün 84 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb. Azərbaycan isə Oyunları beş qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
Səbuhi Musayev