8cf9d578-a0a5-422b-bfac-004130bd5cd5..jpg

Minskdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb – FOTO

Baxış sayı: 655 dəfə baxılıb.

Minskdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb – FOTO

Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzi açılıb.

Onun açılışında Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Minsk
Dövlət Linqvistika Universitetinin rektoru Natalya Lapteva, Belarus
Respublikası Təhsil Nazirliyinin peşə təhsili baş idarəsinin rəisi Sergey
Pişşov, Belarus Xarici İşlər Nazirliyinin MDB Baş İdarəsinin rəis müavini – MDB
ölkələri və Gürcüstanla ikitərəfli əməkdaşlıq şöbəsinin müdiri Sergey Molunov,
Azərbaycan Respublikasının Belarus Respublikasındakı müvəqqəti işlər vəkili
Nizami Rüstəmov və dəvət olunmuş digər qonaqlar iştirak ediblər.

Mərkəzin açılışı zamanı Azərbaycan Dillər Universitetinin rektoru Kamal
Abdulla dövlətlərimiz arasında güclü işgüzar, mədəni və siyasi əlaqələr
qurulduğunu vurğulayıb.

“Dövlətlərimizin rəhbərləri bunun nümunəsini göstərdilər. Düşünürəm ki, bu
mərkəzin açılması ilk növbədə gənclərimizi, mədəniyyətşünaslarımızı,
dilçilərimizi, ədəbiyyatşünaslarımızı bir araya gətirmək üçün çox faydalı
funksional layihə rolunu oynayacaq”, – deyə o vurğulayıb.

Rektor Azərbaycanın paytaxtında Belarus Dili və Mədəniyyəti Mərkəzinin
açılacağını da bildirib:

“Universitetimizdə 20-dən çox dil mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki,
onların arasında Belarus mərkəzi də olmalıdır. Bu, burada ediləcəklərə güzgü
cavabıdır. Biz Bakıda da bunu sevgi, hörmət və böyük sevinclə edəcəyik”.

Öz növbəsində Minsk Dövlət Linqvistika Universitetinin rektoru Natalya Lapteva
bildirib ki, mərkəz üç əsas layihənin həyata keçirilməsi üçün platformaya
çevriləcək:

“Birinci istiqamət birgə təhsil proqramlarının hazırlanmasıdır, burada biz
xarici dilləri öyrənən mütəxəssislər üçün ikili diplomların alınması
imkanlarını nəzərdən keçiririk. İkincisi, sinxron tərcüməçilərin
hazırlanmasıdır, çünki bununla hər iki universitet məşğul olur”.

Lapteva üçüncü layihənin hər iki tərəfin müəllimləri və müəllimlik təcrübəsini
öyrənənlər üçün həm Azərbaycanda, həm də Belarusda mütəxəssis hazırlığının
keyfiyyətini yüksəldə biləcək “Qonaq professor” əlavə təhsil proqramı olduğunu
qeyd edib.

Mənbə: SB.BY

Source link