Mayın 18-də Belarusun paytaxtı Minskə düşən leysan yağışlar şəhərdə ciddi fəsadlara yol açıb.
ÇıxışYolu.Com xəbər verir ki, aramsız yağıntı qısa vaxt ərzində mərkəzi küçələri su altında qoyub.
Minskin əsas yollarında, o cümlədə Azadlıq prospektində nəqliyyatın hərəkəti iflic olub.
Şəhərin bəzi yerlərinə dolu düşüb.
Əlverişsiz hava şəraitinin mayın 19-a kimi davam edəcəyi proqnozlaşdırılır.