6ea04e7f-e2b9-48a1-9752-5d0e94d017fd..jpg

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI

Baxış sayı: 453 dəfə baxılıb.

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə
start verilir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları
Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqə üzrə qeydiyyat 15 may saat 11:00-dan 22 may saat
11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata
keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən
sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair
sual-cavabla tanış ola bilərsiniz:https://miq.edu.az/faq

Source link