Miqrasiya Xidmətinin rəisi iş icazələri ilə bağlı yeniliklərdən danışdı

Miqrasiya Xidmətinin rəisi iş icazələri ilə bağlı yeniliklərdən danışdı

Baxış sayı: 2. 420 dəfə baxılıb.

İş icazələrinin verilməsi ilə bağlı xidmət tərəfindən tətbiq edilən yeniliklər, tövsiyələr və qanunvericilikdə olan dəyişikliklər barədə sahibkarları məlumatlandırmaq üçün mütəmadi bülletenlər hazırlanaraq elektron qaydada sahibkarlara göndəriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, bunu DMX-nin rəisi Vüsal Hüseynov bu gün keçirilən yerli və xarici iş adamları ilə görüşdə deyib.

Onun sözlərinə görə, xidmətin saytında belə elektron bülletenlərin və məlumatların əldə edilməsi üçün e-poçtların təqdim edilməsi imkanları da təmin olunub.

Xidmət rəisi sahibkarlıq subyektlərinin, işəgötürənlərin də əcnəbi işçi qüvvəsini haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyənləşdirilmiş prosedurlara əməl etmələrinin vacibliyini vurğulayıb.

.
www.ÇıxışYolu.Com