Miri Yusifdən solo konserti barədə yeni anons

Miri Yusifdən solo konserti barədə yeni anons

Baxış sayı: 4. 450 dəfə baxılıb.

Müğənni Miri Yusif Yaşıl Teatrda verəcəyi üç günlük solo konsert barədə yeni məlumat paylaşıb.

Müğənni “Instagram” səhifəsində yazıb:

“Əziz ruh əkizlərim, iyunun 7, 8, 9-da Yaşıl Teatrda görüşə hazırsınızmı?! Sizin üçün və sizlərlə birlikdə oxumaq üçün çox darıxmışam”. 

Bu günə qədər altı solo albomu çıxmış Miri Yusif bir çox hitlərin nəinki  ifaçısı, eyni zamanda, müəllifidir. O, “Dəyirman” qrupundakı fəaliyyətini bitirdikdən sonra solo karyeraya başlayıb.

Miri Yusif 2010-cu illərin əsas ulduzuna çevrilməyi bacarıb. İlk gündən birgə addımladığı “SS Production” şirkəti və özünün yaradıcı komandası ilə hər ötən il daha maraqlı layihələrə imza atır. 

Miri Yusifdən solo konserti barədə yeni anons

Qeyd edək ki, keçən il iyul ayında Yaşıl Teatrda Miri Yusifin üç günlük konsertinə bütün biletlər konsertdən çox öncə satılmışdı. 

Təşkilatçılar builki şounun daha yaddaqalan, möhtəşəm olacağını vəd edir. Budəfəki konsertin proqramı Miri Yusifin pərəstişkarlarına yaxşı tanış olan hitlər əsasında tərtib ediləcək – onu sevdirən əsərlərin hamısı səslənəcək. Yeni üç günlük marafonda tamaşaçıları canlı ifa, ulduz qonaqların iştirakı və bir sıra başqa sürprizlər gözləyir. Biletlər artıq satışdadır.