Populyar müğənni Miri Yusifin ötən ilin dekabr ayında Heydər Əliyev sarayında gerçəkləşən solo konserti türk mediasının diqqətini çəkib.
ÇıxışYolu.Com xəbər verir ki, əvvəlcə iki gün planlaşdırılan, daha sonra Mirinin “ruh əkizləri”nin biletləri tükətməsinin sayəsində üçüncü günü əlavə olunan konsert proqramı Türkiyənin məşhur musiqi kanalı “Dream Türk” tərəfindən yayımlanacaq.
24 mart şənbə günü yayımlanacaq proqram Bakı vaxtilə 20:00-da efirə gedəcək.
Bu məqamda bildirək ki, bu, azərbaycanlı ifaçılar arasında bir ilkdir. Çünki indiyədək heç bir azərbaycanlı müğənninin tam konserti Türkiyə kanallarında yayımlanmayıb.
Artıq konsertin anonsları da “Dream Türk” efirində yayımlanmağa başlayıb.
.