835cb78b-fe6a-45fc-9784-2003bf3a3d71..jpg

Miri Yusifin bəyənilməyən himninə görə “Neftçi” böyük məbləğ ödədi

Baxış sayı: 687 dəfə baxılıb.

Miri Yusifin bəyənilməyən himninə görə “Neftçi” böyük məbləğ ödədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin yeni rəhbərliyi uğursuz nəticələr fonunda komandadan incik düşən
azarkeşlərin könlünü almaq üçün himn yazdırmaq qərarına gəlib.

Pressing.az-a daxil olan məlumata görə, ilk olaraq bununla bağlı şou-biznesin
içində olan, eyni zamanda prodüser kimi fəaliyyət göstərən “Neftçi”nin Mətbuat
Xidmətinin rəhbəri Emin Əfəndiyə müvafiq tapşırıq verilib.

Bu sifariş əsasında paytaxt təmsilçisi üçün yeni himn yazılıb. Lakin ortaya
qoyulan iş klub rəhbərliyi tərəfindən bəyənilməyib.

Emin Əfəndi isə məhsul bəyənilməsə belə, ərsəyə gətirilən iş üçün Xalq
artistinə ödəniş edilməsinin zəruriliyini rəhbərliyin nəzərinə çatdırıb.

Bundan sonra “Neftçi” 21 480 manat pulu şou-biznes nümayəndəsinin hesabına
köçürüb.

Source link