Konflikt davam etdiyi halda, insanlar sosial və iqtisadi inkişaf əldə edə bilməz.
ÇıxışYolu.Com məlumat verir ki, bunu bu gün BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
“Düşünürəm ki, Qoşulmama Hərəkatı sayəsində davamlı inkişaf üçün yaxşı nəticə əldə edə biləcəyik”, – deyən Lajçak davamlı inkişaf üçün prinsipləri sadalayıb və bildirib ki, ilk növbədə konfliktlərin qarşısını almaq lazımdır.
Onun sözlərinə görə, konflikt davam etdiyi halda, insanlar sosial və iqtisadi inkişaf əldə edə bilməz və davamlı inkişaf üçün qlobal səviyyədə səylər artırılmalıdır.
“Hər birimizin iştirakı buna kömək edəcək.
Növbəti prinsip kimi inkişaf və sülh arasında əlaqəyə ehtiyacımız var. Hazırda gənclər kobud ekstremizmə məruz qalır.
Buradakı danışıqlar bunun qarşısının alınmasında bizə kömək edəcək.
Biz sülh, təhlükəsizlik və davamlı inkişaf arasında əlaqə qurmalıyıq.
Amma məlumatlandırma olmadan buna nail olmaq mümkün deyil”, – deyə, o əlavə edib.