Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyətə başlayan “Real” TV-də aparıcının “Mir Şahinin vaxtı” adlı proqramı yayımlanır.
ÇıxışYolu.Com-ın məlumatına görə, verilişin növbəti buraxılışı xaricdə Azərbaycan dövlətinə qarşı fikirlər səsləndirən, müxtəlif aksiyalar təşkil edən, Azərbaycana qarşı çıxış edən insanlara həsr olunub.
“Bu gün biz Azərbaycana uzanan maşalarla rastlaşırıq. Azərbaycan dilində danışan oğrun birləşmə və fərdlərin əlaqələndirilmiş təcavüzü ilə üzləşməkdəyik. Kosmopolit düşüncəyə malik belə mövcudluqlar əsasən sosial şəbəkədə doğulduqlarından onların konkret ata-anası yoxdur. Onlarda bizim qavrayışımıza uyğun olan “vətən”, “xalq” anlayışı yoxdur”, – deyə Mirşahin Ağayev bildirib.
“Bizə-Azərbaycanın media mənsublarına genişmiqyaslı müharibə elan edilib! Bu müharibədə biz uduzmamalıyıq. Buna haqqımız yoxdur! “Onlar bizim səviyyəmiz deyil, heç nə eləyə bilməzlər, yel qayadan nə aparar tipli” muğamat fəlsəfəsindən doğan əmin-arxayınlıq burda işə yaramayacaq, onlar rep fəlsəfəsi ilə yaşayanlardır, bizim üçün ayıb olan şeylər var ki, o realı vurtualına qarışmış dərbədərlər, boşboğaz internet xuliqanları üçün adi həyat tərzidir. Onlardan ötrü ana-bacı namusu da dəyişikliyə uğrayıb. Məsələn, “bacılarımı verdim sizə, özüm də gedirəm BMT-yə şikayətə!” deyən “qeyrət kamikadzesi” bizim bacımızın ləyaqətini qoruyacaq? Sizin onlardan peyvəndiniz var?
Bəli, etiraf etməliyik ki, Azərbaycan üçün sosial mediada müharibə aparmaq yeni məsələdir. Özü də bu günün təbliğat tonu, akademik dil-üslub xətti ilə. Qarşı tərəf ağzına gələni özünə rahat şivədə tolazlayır, biz isə elə bil elmi iş yazırıq, özü də imzamızı da qoymuruq. Nə var, nə var bacısını polisə bağışlayıb BMT-yə şikayət edənlər söyüş söyəcəklər! Bax içimizdə bu təhdiddən qorxaraq altını batıran zəiflər də tapılır.
Belələri ikinci dünya müharibəsində faşistlərin geyim və nişanlarını taxar, düşmən tərəfə işləyərdilər. Ən gülməlisi bilirsiniz nədir: bəşəriyyətə Hitleri verən bir ölkənin ərazisindən Azərbaycana Diktatura ittihamı gəlir! Potensial avtobus sürücüsü Niderlandın o boyda krallığında oturub “Ay aman qoymayın, Azərbaycan krallıq olur!” deyə şivənlik salır! 203 ildir ki, krallığın idarə etdiyi ölkədə! Ağlınıza keçə yamayım elə! Respublika Azərbaycanına kral Niderlandını nümunə gətirirsiniz, məntiqsiz köpük uşağı! Əgər Azərbaycan da öz müstəqilliyinin 203 illiyini elə Krallı Niderland kimi qeyd edə biləcəksə qoy etsin!”, – deyə tanınmış jurnalist Azərbaycan dövlətinə qarşı fikirlər səsləndirənləri sərt tənqid edib.
Daha ətraflı videoreportajı olduğu kimi təqdim edirik: