AŞPA-da olan nümayəndələrimizin bir-iki saçı uzun suray xanım qarşısında özünü bir az ehtiyatlı və ya qismən ürkək aparması mənə çatmadı.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Real” TV-nin efirində telekanalın rəhbəri Mirşahin Ağayev “Mir Şahinin vaxtı” proqramında deyib.
“Mən düşünürdüm ki, Azərbaycanın konkret olaraq düşmənləri ilə bir ideoloji barrikadanı paylaşan Orduxan, Tural kimi əl-ayaq və dümbül yığını dərhal Azərbaycan xalqı adından rəmzi tüpürcəyə qonaq ediləcək.
Dövlətimizi, xalqımızı biabır etdiklərinə, xalqımızın imicinə özünəməxsus zir-zibil yapışdırdıqlarına görə. Amma o adamcıqların qarşısında, bağışlayın məni, səhv etsəm, amma mənə elə gəldi ki, bizimkilərdə – bir özünə bəraət qazandırmaq cəhdi var.
Siqaretini təcili söndürüb ərazini tərk edən millət vəkillərimiz, məncə, qarşı tərəfə onların layiq olmadığı hörməti göstərdi. Gərək ki, Səməd Seyidov idi, unitaz-adamlardan birindən soruşdu ki, mən sizin haqqınızda nəsə demişəm?
Axı, bu, evrounitazların davamları özlərini o ki var batırıblar ki, sizə yanaşanda rəmzi olaraq burnunuzu tutub keçə bilərdiniz, ay Səməd müəllim! Bir az kreativ olun. Hər dəfə cavab vermək lazım deyil. Məsələn, tüpürüb keçmək də olar”.