Mir Şahinin kanalı bu həftə yayıma başlayır

Mirşahinin kanalı bu həftə yayıma başlayır

Baxış sayı: 8. 381 dəfə baxılıb.

“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

“Real” TV-nin “Azerspace”də yayım tezliyi: 11135, polarization: horizontal,  symbol rate: 27500 olacaq. 

Xatırladaq ki, MTRŞ-ın martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mirşahin Ağayevdir.

.
www.ÇıxışYolu.Com