Mirzoyan: “Azərbaycan və Ermənistan 1991-ci ilin şərti sərhədlərinin tanınması
ilə bağlı konsensusa yaxındır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan və Ermənistan 1991-ci il şərti sərhədlərinin delimitasiya və ərazi
bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı konsensusa
yaxındır.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici
əlaqələr komissiyasının iclasında bildirib.
Onun sözlərinə görə, indi iki ölkənin mövqeləri daha yaxındır.
“Hazırda bu məsələdə, məsələn, bir ay əvvəl olduğundan daha çox qarşılıqlı
anlaşma var. Mənim təəssüratıma görə, biz bu məsələdə qarşılıqlı razılaşmaya
çox yaxınıq”, – deyə A.Mirzoyan bildirib.