fcb176f2-f233-46f7-81b1-af3fc1ab61a9..jpg

Mirzoyan: “Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında birbaşa əlaqə mövcuddur” – VİDEO

Baxış sayı: 417 dəfə baxılıb.

Mirzoyan: “Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında
birbaşa əlaqə mövcuddur” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında birbaşa əlaqə
mövcuddur”.

Ermənistan mediasının məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri
Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

A.Mirzoyan qeyd edib ki, birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan
liderlərinin administrasiyaları arasında deyil.

“Bu əlaqə iki ölkənin Xarici İşlər nazirlikləri və sahədə işləyən bir sıra
qurumlar arasında da mövcuddur. Sülh müqaviləsi ilə bağlı təkliflərin
mübadiləsi və ya bu mövzuda məzmunlu müzakirələr Xarici İşlər nazirlikləri
arasında aparılır”, – deyə erməni nazir bildirib.

Onun sözlərinə görə, eyni zamanda, digər kanallar vasitəsilə qeyri-rəsmi
müzakirələr aparılır.


Source link